Dağlıq Qarabağdakı separatçı rejimin “mədəniyyət və gənclər naziri” Narine Ağabalyan işğal olunmuş ərazilərdəki milli azlıqlarla görüş keçirib.

Modern.az saytı xəbər verir ki, Ermənistan tərəfinin yaydığı məlumata görə, görüşdə rus, yunan, gürcü, ukraynalı icmaların nümayəndələri iştirak edib. İşğalçı dövlət hətta Dağlıq Qarabağda azərbaycanlı icmanın da olduğunu iddia edərək, onun da bu görüşə qatıldığını bildirib.

Separatçı “nazir” Narine Ağabalyan rus və yunan icmalarının artıq formalaşdığını, gürcü, ukraynalı və azərbaycanlı icmaların da stuktur halında birləşməsinin vacib olduğunu deyib.

Qeyd edək ki, ermənilərin bildirdiyinə görə, 2005-ci ildə Dağlıq Qaravbağda keçirilən siyahıyalama zamanı bölgədə 171 rus, 22 yunan, 21 ukraynalı, 12 gürcü və 6 azərbaycanlı qeydə alınıb.