İTV-nin “Eurovision-2016” Mahnı Müsabiqəsi ilə bağlı Münsiflər Heyətinin iclası keçirilib.

İclasda Azərbaycanı müsabiqədə hansı müğənninin təmsil etməsi məsələsinə baxılıb və qərar qəbul edilib.

Münsiflər Heyəti yarışda ölkəmizi Səmra Rəhimlinin təmsil etməsinə qərar verib. O, müsabiqədə “Miracle” (“Möcüzə”)” mahnısını ifa edəcək.

Qeyd edək ki, builki yarışın birinci yarımfinalı 10, ikinci yarımfinalı 12, finalı isə 14 mayda İsveçin paytaxtı Stokholmda keçiriləcək.

Azərbaycan birinci yarımfinalda çıxış edəcək./apa/