Ermənistan müdafiə naziri Seyran Ohanyan Moskvada 5-ci beynəılxalq təhlükəsizlik sammitində iştirak etmək üçün Rusiyaya yollanıb.

Aprelin 27-28-i tarixlərində baş tutacaq konfrans Rusiya Müdafiə Nazirliyi tərəfindən təkşil olunur.

Bu il konfransın əsas mövzusu beynəlxalq terrorizm olacaq.

Səfər çərçivəsində Seyran Ohanyanın rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşəcəyi və Qarabağ münaqişəsini müzakirə edəcəyi gözlənilir./modern/