“Təmir işləri ilə əlaqədar 30 aprel tarixindən etibarən Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsində yerləşən avtomobil tunelinin girişindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsində bir istiqamət üzrə (M.Ə.Rəsulzadə qəsəbəsinə doğru olan istiqamət) nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır”.

 Bu barədə Modern.az-a “Azəravtoyol” ASC-dən məlumat verilib.

“Azəravtoyol”dan bildirilib ki, məhdudlaşdırma təmir işləri bitənədək tətbiq olunacaq.

Qeyd edək ki, əks istiqamətdə üzrə, yəni Azadlıq prospektindən Ziya Bünyadov prospektinə doğru isə nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir məhdudlaşdırma tətbiq edilmir.