Gəncədə sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1-ci mikrorayonu ərazisində şəhər sakini, 1992-ci il təvəllüdlü Heydər Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı ağaca çırpılıb.

Müxtəlif bədən xəsarətləri alan sürücü Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./apa/