Ankara Cənubi Qafqazdakı qeyri-sabitliyi öz problemi kimi qəbul edir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

Onun sözlərinə görə, Türkiyənin Aİ ilə münasibətlərində problemlər var.

B.Yıldırım qeyd edib ki, Türkiyə terror problemini həll edəcək, onunla öz ərazisində sonadək mübarizə aparacaq.