Dünya Azərbaycanlıları Konqresi (DAK) və Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyi (AKİDER)Türkiyənin İzmir şəhərində iftar süfrəsi təşkil edib. İftar mərasiminə dövlət qurumlarının nümayəndələri, Qeyri-hökumət təşkilatlarının təmsilçiləri və digər qurumlar qatılıblar.
Tədbird cıxış edən DAK və AKİDER sədri, doktor Asif Kurban iftarların hər şeydən öncə insanları bir-birinə yaxınlaşdıran bir ənənə olduğunu bildirib. A. Kurban Ramazan ayının insanlara paylaşmaq, bölüşmək kimi çox önəmli şeyləri öyrətdiyini vurğulayıb. 
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən və soydaşlarımızın yaşadığı çətinliklərdən danışan A. Kurban onların öz yurdlarından qovularaq məcburi köçkün olduqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
O, Türkiyənin gücünün Azərbaycanın gücü, Azərbaycanın gücünün isə Türkiyənin gücü olduğunu da sözlərinə əlavə edib.
İzmir valisinin müavini Uğur Kolsuz iftara qatılanları salamlayaraq, belə bir tədbirdə iştirakından məmnun olduğunu, Azərbaycan və Türkiyən üçün deyilən "Bir millət iki dövlət” deyiminin heç də təsadüf olmadığını xatırladıb. Valinin müavini hər iki dövlətin eyni adət-ənənələrə, mədəniyyətə sahib olduğunu vurğulayıb. 
Sonra 9 Eylül Unverstetinin İlahiyyət fakültəsinin müəllimi, professor Eli İhsan Yitik İslam dini, Ramazan ayının gözəllikləri barədə iftar mərasiminə qatılanlara ətraflı məlumat verib.
Sonda  iftar duası oxunub.

DAK və AKİDER İzmirdə iftar mərasimi təşkil edib -FOTO