İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.

Trend-in məlumatına görə, püşkə əsasən "Qarabağ" - "Düdelanj" (Lüksemburq) cütünün qalibinin rəqibi də məlum olub.

Təmsilçimiz ilk oyunda 2:0 hesabı ilə qalib gəldiyi "Düdelanj" (Lüksemburq) klubunu mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə Çexiyanın "Viktoriya" klubu ilə qarşılaşacaq.

İlk oyun səfərdə keçiriləcək.

III təsnifat mərhələsinin oyunları 26-27 iyul və 2-3 avqust tarixlərində keçiriləcək.