Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu ötən gecə Nitsada törədilmiş terror aktını pisləyiblər.

Trend-in məlumatına görə, bunu M.Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında Nitsadakı terror aktını qətiyyətlə pislədiklərini deyib: "Biz terrorçuluqla və onun təzahürləri ilə mübarizədə daha qətiyyətli olmalıyıq".

Qeyd edək ki, bu gecə Nitsa şəhərində terror aktı törədilib. Yük maşını kütlənin üstünə sürülüb, sonra naməlum şəxslər avtomobildən enərək insanlara atəş açıblar. Ölənlərin sayı 84 nəfərə çatıb.