Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Pensilvaniya ştatında yaşayan dini-icitmai xadim Fəthullah Gülənin ekstradisiyasını tələb edir.

Trend-in məlumatına görə, bunu bu gün Türkiyə prezidenti İstanbulda çıxışı zamanı bildirib.

Ərdoğan bildirib ki, xalqın küçələrə axışması qiyamçıların bütün planlarını alt-üst etdi.

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.