Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan avqustun ilk ongünlüyündə Rusiya ərazisində görüşəcəklər.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, görüşün keçiriləcəyi dəqiq tarix və şəhər hələ müəyyən edilməyib.