Türkiyədə hərbi çevrilişə cəhdin araşdırılması çərçivəsində 7 mindən çox vətəndaşa xaricə getmək qadağan edilib.

Trend-in "Haber7" qəzetinə istinadən verdiyi məlumata görə, həmin vətəndaşlar arasında hüquqşünaslar, vəkillər, eləcə də dövlət məmurları var.