Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında Hələbə yaxın yerləşən Carablus şəhərinin İŞİD silahlılarından azad edilməsi əməliyyatları çərçivəsində Suriya ərazisinə daxil olublar. Bu barədə Trend  "TRT Haber" telekanalına istinadən məlumat verir.

Bu gün səhər saatlarından başlayaraq Türkiyə ordusu koalisiya hərbi təyyarələrinin iştirakı ilə hərbi əməliyyatlara başlayıb.

Hazırda Türkiyə Suriya ərazisində yerüstü hərbi əməliyyatlara başlayıb. Türkiyə HQ tankları Suriya ilə sərhəddə yerləşdirilib.

Qeyd edək ki, Türkiyənin bir neçə iri şəhərlərində İŞİD tərəfindən törədilən terror hadisələrindən sonra ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib.