Türkiyənin Antalya vilayətinin Kemer şəhərinin ərazisində meşə sahəsi yanır.

Trend-in "Star" qəzetinə istinadən verdiyi məlumata görə, əraziyə yanğınsöndürənlər cəlb olunub, xilasedicilər isə meşə sahəsinə yaxın evlərin sakinlərini təxliyə edir.

Yanğının səbəbi hələ müəyyən edilməyib.