Türkiyə Silahlı Qüvvələri Muşda terrorçuların 5 hədəfini darmadağın edib.
 
Axar.az xəbər verir ki, dünən gecə saatlarında həyata keçirilən əməliyyat zamanı PKK terror qruplaşmasına aid bomba yüklənmiş bir maşın, iki sığınacaq və iki silah anbarına hava zərbələri endirilib.
 
Əməliyyatı uğurla yerinə yetirən türk pilotlar qısa zamanda hərbi bazaya geri dönüblər.