Türkiyənin “Fərat qalxanı” əməliyyatından sonra İŞİD-dən azad edilən Cerablusda həyat normal məcrasına dönür.

 

Axar.az xəbər verir ki, Türkiyəyə sığınan suriyalılardan təxminən 3 min 400 nəfəri Cerablusa qayıdıb.

 

Məsələ ilə bağlı danışan Qaziantep Miqrasiya İdarəsinin müdiri Oqtay Bağçaçı Cerablusun türk ordusunun hücumu nəticəsində boşaldıldığını xatırladaraq bunları deyib:

 

“Şəxsi heyətimiz bütün qüvvəsi ilə çalışır. Sənədləri nəzərdən keçiririk və suriyalı qardaşlarımızı ölkələrinə yola salırıq. 1 ayda təxminən 3 min 462 nəfər öz ölkəsinə qayıdıb”.

 

Bundan başqa, Cerablusa humanitar yardım daşıyan maşınların da gediş-gəlişi təmin olunub.