Əfqanıstanda iki hərbçi 12 yoldaşını qətlə yetirib.
 
"Report" "Reuters"ə istinadən xəbər verir ki, hərbçiləri öldürən şəxs terrorçu "Taliban"ın tərəfdarı olub.
 
Məlumata görə, hadisə Əfqanıstanın şimalındakı Kunduz əyalətində yerləşən hərbi qarnızonda gecə növbəsi zamanı baş verib.
 
Qətli "Taliban"la əlaqədə şübhəli bilinən iki nəfəri törədib.