Noyabrın 25-də Təbriz-Məşhəd qatarı İranın Simnan vilayətində qəza keçirib. Son məlumata görə, qəzada ölənlərin sayı 49-a yüksəlib, 100-dən çox yaralı var.

Hadisə ölənlərin kimliyi və onların sakin olduqları şəhərlər barədə məlumat yayılıb.

Təbriz: Məxəd Əfsəri Lalə, Əli Zamanpur, Fərhad Rəcəbpur, Cavid Əzimi, Fatimə Əlişahi, Məsumə Əlişahi, Məsumə Hacızadə, Atifə Hseynpur, Rza Əbdipərvərdiqar, Həmidə Yusifi, Fərhad İlyas Xətibi, Vəhab Xodami, Səid Xodami, Hüseyn Muxtari, Nasir Rəzmi, Siyamək Rəzmi, Zivər Əfkari, Məryəm Haqverdiyan, Tahirə Vəkil, Əmirhüseyn Məhəmmədiyan, Əmirməhəmməd Məhəmmədiyan, Hüseyn Faryabi, İrfan Səadəti, Hamid Təqəvi, Əli Həsənzadə, Əmir Qocayi, Rəhim Şahrah, Müseyib Qəhrəmani, Əsğər Qəhrəmani, İslam Seyidi, Yunis Zərifi, Yunis Əliqulipur, Xəlil Adili, Mehdi Cəhdəməl, Məhdiyyə Ruhani.

Üskü: Kərim Cənnəti, Əli Vəhabi, Əfşin Şəkuri, Əmin Şəkuri, Nasir Bağban və Mustafa Əlizadə.

Azərşəhr: Məhəmmədəli Vəlizadə.

Xoy: Yəqub Qənbərpur Əsl.

Mərənd: Əli Sadiqi.

Simanlı olduğu deyilən Rza Yusifzadə və Təbriz, Üskü və Marağa şəhərlərindən olan qatar ekipajlarından (xədəmə) Məhəmməd İskəndəri, Əli Fərəcpur, Zahidi və Siruk Kuhi dəmir yolu qəzasında həlak olublar.

Qeyd edək ki, noyabrın 25-i yerli vaxtla saat 7:45 dəqiqədə Təbriz-Məşhəd qatarı İranın Siman vilayətində ağır qəza keçirib.

İran dövlət dəmir yolları idarəsinin diqqətsizliyi nəticəsində baş verən hadisədə ölənlərin sayının həddindən artıq olmasının əsas səbəbi, təcili yardım qruplarının hadisə yerinə gec çatması olub.