Bakıda yanğın hadisəsi qeydə alınıb.
Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 174 m2 olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və evə bitişik ümumi sahəsi 16 m2 olan talvarın yanar konstruksiyaları yanıb.
Qonşu evlər yanğından mühafizə olunub.
Yanğın saat 00:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb./apa/