Goranboy rayon sakinin Gəncədə elektrik cərəyanı vurub.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə Türklər qəsəbəsində baş verib.

Yeni tikilməkdə olan obyektlərin birində çalışan Goranboy rayon sakini 1990-cı il təvəllüdlü Paşayev İsmət Mahmud oğlu işləyən zaman elektrik cərəyanı onu vurub.

Ona dərhal yardım göstərilsə də, həyata qaytarmaq mümkün olmayıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.