Beynəlxalq iqtisadi forumun yaydığı məlumatda bildirilir ki, 2015-ci ildəki vəziyyətə görə, Ermənistanda doğulan hər 4 nəfərdən biri artıq bu ölkədə yaşamır.

BMT-nin əhali fondunun məlumatına görə, son 25 ildə Ermənistandan mühacirət edənlərin sayı  1 milyondan çox olub.

Keçmiş SSRİ respublikalarının heç birində belə göstərici qeydə alınmayıb.

Rəsmi məlumata görə, 2015-ci ildə Ermənistanın keçid məntəqələrindən  çıxanların sayı 43 400 nəfər olub./modern/