Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə Belçika Krallığına səfərə gəlib.

Brüsselin Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Avropa İttifaqının yüksək səviyyəli rəsmi şəxsləri qarşıladılar.