Ötən həftə Güney Azərbaycanın Ərdəbil şəhərində baş verən partlayışda ölənlərin sayı artıb.

Martın 10-da “Araz Əli” məhəlləsinin Tənpərvər küçəsində baş verən partlayışda 7 nəfərin öldüyü, 4 nəfərin isə yaralandığı bildirilmişdir. Yaralılaran biri vəziyyətinin ağır olduğundan Təbriz Xəstəxanasına göndərilmişdir. Həmin şəxsin martın 14-də xəstəxanada dünyasını dəyişib.

Ərdəbil valisinin təhlükəsizlik məsələləri üzrə müavini Huşəng Şəhbazi partlayışa kimyəvi maddənin səbəb olduğunu bildirib.

Qeyd edək ki, Novruz bayramı öncəsi qeyd olunan çərşənbələr zamanı gənclər bir sıra partlayıcı maddələrdən istifadə edir. Nəticədə belə hallara tez-tez təsadüf olunur.