Bakıda 30 yaşlı qadın özünü binadan atıb.

Hadisə Nizami rayonu, 8-ci kilometr qəsəbəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Lalə Tofiq qızı Yaqubova özünü yaşadığı binanın 8-ci mərtəbəsindən atıb.

Nəticədə o, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. L.Yaqubovanın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./apa/