Azərbaycanlı gənc Gürcüstan dövlət nazirinin müşaviri təyin olunub.

31 yaşlı Ayaz Nizami oğlu Məmmədov Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri təyin olunub.

A.Məmmədov bu vəzifəyə təyin olunanadək Gürcüstan Maliyyə Nazirliyinin Kvemo Kartli bölgəsinin Marneuli, Bolnisi, Dmanisi, Zalqa və Tetritskaro rayonlarının Vergi Müfəttişliyində baş zabit vəzifəsində çalışıb.

Ayaz Məmmədov İlya Çavçavadze adına Dövlət Universitetinin hüquq fakültəsini, həmçinin Zurab Jvaniya adına Dövlət İdarəçilik Məktəbini bitirib.

Evlidir. Bir oğlu var. /azertag.az/