İranın dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti sentyabrın 16-da jurnalistlərə açıqlamasında İraq Kürdistanının müstəqilliyi ilə bağlı sentyabrın 25-də keçirilməsi planlaşdırılan referendumdan danışıb.

Vilayəti bildirib ki, İran İslam Respublikası İraqın bir hissəsinin parçalanaraq müstəqilliyə qovuşmasının əleyhinədir: “Regionda hər hansı bir parçalanma və ya mütəqillik tələbi, bölgənin sabitliyinə xələl gətirəcək. Müsəlman ölkələr, regionun istənilən nöqtəsində hər hansı bir parçalanmanın və ya hər hansı bir müstəqillik tələbinin irəli sürülməsi ilə müxalifdir.

Bundan başqa, İraqın qanuni hökuməti, eləcə də bu ölkənin bütünlüyünün qorunmasının tərəfdarı olan kürd əhalisinin əksəriyyəti də buna qarşıdır.

Biz, İraqın müttəfiqiyik və bu ölkənin qanuni hökumətinin məlum referendum məsələsi ilə bağlı mövqeyini dəstəkləyirik. Hesab edirik ki, əgər region ölkələrinin parçalanması  və müxtəlif etniklərin müstəqilliyə qovuşması prosesi başlansa, bunun sonu olmayacaq. Düşünürük ki, belə bir hərəkətdən, yalnız müstəmləkəçilər, o cümlədən də Amerika və sionist rejimi faydalanacaq.

Məhz buna görə də biz də bölgənin digər müsəlman ölkələri kimi İraq Kürdistanında parçalanmağa gətirib çıxaracaq hər hansı bir müstəqillik referendumun keçirilməsi ilə müxalifik”./gunaz.tv/