İranın dövlət agentliyi İRNA Ermənistanın iqtisadi inkişaf və investisiya naziri Suren Karayanın Şərqi Azərbaycan vilayətinə rəsmi səfərinə dair məlumat yayıb.

Nurduz sərhəd məntəqəsində görüşən Araz Sərbəst İqtisadi Bölgəsinin direktoru Möhsün Xadim Ərəbbağı və Ermənistanın naziri İranın Şərqi Azərbaycan vilayəti və Ermənistanın Syunik vilayəti arasında iqtisadi-ticari əlaqələri müzakirə ediblər.

İRNA-nın məlumatına görə, nazirlə bərabər Şərqi Azərbaycana səfər edən bir iqtisadi heyət o cümlədən, Ermənistanın Meğri sərbəst bölgəsi layihəsinin icraçı direktorları Araz Sərbəst Bölgəsini gəziblər.

Suren Karayan deyib ki, Meğri və Araz sərbəst bölgələri arasında əməkdaşlıq nəticəsində "mümkün olmayanları mümkün edəcəyik".

Möhsün Xadim Ərəbbağı isə Meğri Sərbəst Bölgəsinin fəaliyyətə başlaması ilə İran və Ermənistan arasında iqtisadi fəaliyyətlərin artacağını ifadə edib.