Keçən avqust ayında Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində keçirilən kütləvi məhkəmədə mühakimə olunan fəallardan biri olan Abbas Lisanidən 3 gün ərzində Ərdəbil məhkəməyə gəlməsi istənilib.

Tanınmış türk fəala göndərilən yazılı çağırışda müəyyənlənmiş möhlətdə məhkəməyə müraciət etmədiyi təqdirdə “qanunlara uyğun” qərar veriləcəyi yazılıb.

Çağırış vərəqəsinin surəti sosial media və bəzi internet portallarında nəşr edilib.

Abbas Lisani son 15 il ərzində dəfələrlə həbs və mühakiməyə məruz qalıb və Təbriz, Əhər, Ərdəbil, Yəzd və Şiraz kimi şəhərlərin zindanlarında illərlə həbsdə saxlanılıb.

O, həmçinin keçən avqust ayında Əhər şəhərində kütləvi şəkildə mühakimə olunan təqribən 40 türk dil haqları fəalı arasında olub.

Əhər Məhkəməsi 2014-cü ilin fevral ayında Dünya Ana Dili Günündə və oktyabr 2015-de keçirilən “anti-irqçilik” etirazlarında tutulanlarla bağlı dosyeləri birləşdirib və 40-a yaxın fəalı kütləvi şəkildə mühakimə etməkdədir.