Quba rayonunda yanğın faktı qeydə alınıb.
Trend-ə FHN-dən verilən məlumata görə, rayonun Hacıqayıb kəndində ümumi sahəsi 96 m2 olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 15 m2 sahədə, 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 15 m2sahədə, digər otağın tavanı 6 m2 sahədə və dam örtüyünün yanar konstruksiyaları 48 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.