Rusiyada təyyarə qəzasında ölən Namiq Qəhrəmanovun azərbaycanlı olduğu təsdiqlənib.

Orskdakı Azərbaycan icmasından APA-nın Rusiya bürosuna verilən məlumata görə, N. Qəhrəmanov əslən Azərbaycanın Yevlax rayonundan olub.

N.Qəhrəmanov 2 il əvvəl Orenburqun Orsk şəhərinə gəlib, biznes fəaliyyət  ilə məşğul olmağa başlayıb. Rusiya vətəndaşı olan N. Qəhrəmanovun tikiş sexi olub. 

Qeyd edək ki, bu gün yerli vaxtla saat 14.21 radələrində Moskvanın "Domodedovo" hava limanından qalxan və Orska uçan təyyarə uçuşdan 2 dəqiqə sonra radardan itib. Göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olan təyyarənin qalıqları Moskva ətrafında Ramensk rayonunun Stepanovsk kəndi ərazisində aşkarlanıb. Rusiya Fövqəladə Hallar Nazirliyi sərnişin və heyət üzvlərinin qəza nəticəsində həyatlarını itirdiyini açıqlayıb.

***

Rusiyada təyyarə qəzasında ölənlər arasında Qəhrəmanov Namiq adlı sərnişin də olub. Modern.az xəbər verir ki, onun azərbaycanlı olduğu ehtimal edilir.

Qeyd edək ki, bu gün Rusiyanın "Saratov Hava Yolları" aviaşirkətinə məxsus Аn-148 sərnişin təyyarəsi Domodedovo hava limanından uçduqdan dərhal sonra radarlardan itib. Təyyarə Moskva ətrafında Ramensk rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub. Qəzadan sağ qurtaran yoxdur.