Xaçmazda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə şəhərin mərkəzində baş verib.

Xaçmaz şəhəri R.Sadıqov küçəsində yaşayan Mirzəyeva Sərfinaz Novruz qızı yaşadığı evdə qaynı Mirzəyev Ramiz Nizamoviçlə ailə-məişət zəminində mübahisə edib.

Mübahisə nəticəsində R.Mirzəyev S.Mirzəyevanı bıçaqlayıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Hadisəni törətməkdə şübhəli bilinən R.Mirzəyev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Xaçmaz şəhər Polis şöbəsində Cinayət Məsəlləsinin 126.1-ci( Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.