ABŞ-ın “Henley and Partners” şirkəti dünya ölkələrini pasport reytinqinə görə sıralayıb.

Azərbaycan pasportu siyahıda 6 ay əvvəlkinə nisbətən 1 pillə irəliləyərək, 69-cu pillədə qərarlaşıb. Milli pasportumuzla dünyanın 67 ölkəsinə vizasız səfər etmək mümkündür.

Fevral ayında açıqlanan reytinqdə 188 ölkəyə vizasız səfər etmək imkanı tanıyan Almaniya bu dəfə 1 pillə geriləyib. İlk pilləyə isə Yaponiya (189) və Sinqapur (189) yüksəlib.

Üçüncü pillədə isə 7 ölkə - İspaniya, İtaliya, Finlandiya, Fransa, İsveç və Cənubi Koreya yer alıb. Ukrayna 38-ci pillədə (128 ölkəyə vizasız səfər etmək imkanı), Qazaxıstan (76 ölkəyə) 66-cı pillədə qərarlaşıb. Rusiya isə 46-cı pillədədir. Rusiya pasportu 118 ölkəyə vizasız səfər imkanı verir./modern.az/