"Qarabağ"ın yeni transferi İnnosent Emeqaranın Ağdam klubunda qazanacağı məbləğ müəyyənləşib. 

Modern.az xəbər verir ki, İtaliya mətbuatının yazdığına görə, Nigeriya əsilli isveçrəli hücumçunun keçidi "Qarabağ"a 800 min avroya başa gəlib. 29 yaşlı forvard ağdamlılarla 1+1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, bu, Emeqaranın "Qarabağ"a ikinci gəlişidir.

Təcrübəli futbolçu 2014-2015 mövsümündə də Ağdam klubunun formasını geyinib və 8 oyunda 5 qol vurub.