Mərkəzi Afrika Respublikasında öldürülən Azərbaycan əsilli jurnalist Orxan Camal və 2 həmkarının qətli ilə bağlı yeni faktlar üzə çıxıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yerli məmurlar jurnalistlərin yerindəcə öldürüldüklərini xəbər verib.

Orxan Camal, Aleksandr Rastorquev və Kiril Radçenko ərəbcə danışan 10 nəfərlik qrup tərəfindən hücuma məruz qalıblar. Bu barədə məlumatı Sibyu şəhərinin rəsmisi Marselina Yoyo deyib.

Maraqlıdır ki, jurnalistləri daşıyan nəqliyyat vasitəsinin sürücüsü sağ qalıb.

Rusiyalı jurnalistlərin Afrikaya sahibkar, ictimai xadim Mixail Xodorkovskinin “Araşdırmaların İdarə Olunması Mərkəzi” tərəfindən göndərilmiş.

Onlar Vaqnerin şəxsi hərbi şirkətinin fəaliyyəti barədə sənədli film hazırlayırmışlar.