Mərkəzi Afrika Respublikasında qətlə yetirilmiş Azərbaycan əsilli jurnalist Orxan Camalın və 2 həmkarının cənazəsi  bu gecə Moskvaya gətirilib.

Modern.az saytı “Ria Novosti”yə istinadən xəbər verir ki, gecə saatlarında Şeremetyevo hava limanına eniş edən təyyarədəki cənazələr əvvəlcə morqa aparılıb.

Meyitlər bu gün səhər məhkəmə tibb ekspertizasına təhvil verilib.

Ekspertizanın aparılmasına 2 gün sərf olunacağı bildirilir.

Azərbaycanlı jurnalistlə vida mərasimi avqustun 8-də Moskva Cümə Məscidində olacaq.

Orxan Camal, Aleksandr Rastorquev və Kiril Radçenko iyulun 31-də Mərkəzi Afrika Respublikasında güllələniblər. Onlar ərəbcə danışan 10 nəfərlik qrup tərəfindən hücuma məruz qalıblar. 

Rusiyalı jurnalistlər Afrikaya sahibkar, ictimai xadim Mixail Xodorkovskinin “Araşdırmaların İdarə Olunması Mərkəzi” tərəfindən göndərilmişdi. Onlar Vaqnerin şəxsi hərbi şirkətinin fəaliyyəti barədə sənədli film hazırlayırmışlar.