Görkəmli şair Məhəmməd Hüseyn Şəhriyarın şagirdi, Azərbaycan mədəniyyət və ədəbiyyatı üzrə araşdırmaçı alim Əsğər Fərdi vəfat edib.

Ötən illərdə Tehranda yaşayan Ə.Fərdi Təbrizdə səfərdə olarkən dünyasını dəyişib. Onun bazar günü, axşam saatlarında ürəyinin dayandığı bildirilir.

Ə.Fərdi şagirdi olduğu ustad Şəhriyarin həyatı və yaradıcılığı haqda çoxlu məlumata malik olan bir şəxs olub. Onun özündən də Səs Faylı və yazılı şəkildə çoxlu ədəbi əsərlər qalıb.

Mərhumun həyat yoldaşı Nəyyer Kamali “Fars” xəbər agentliyinə onun Təbrizdə dəfn olunacağını bildirib. Ə.Fərdinin “Məqbərətulşuəra”da dəfn ediləcəyi gözlənilir.