İran İslam Cümhuriyyəti işğalçı Ermənistanı gücləndirmək üçün bütün imkanlardan istifadə edir.

Son məlumata görə, hökumət Güney Azərbaycanın sement zavodlarından Etmənistana minlərlə ton sementin daşınmasına şərait yaradıb.

Avqustun 14-də bir neçə azərbaycanlı milli-mədəni fəal Güney Azərbaycan sementinin talanaraq İran-Ermənistan arasındakı sərhəd keçid məntəqəsi, oradan isə işğal altında olan Dağlıq Qarabağ və Ermənistan şəhərlərinə daşındığı barədə məlumat veriblər.

Əldə olunan informasiyaya görə, gündə ən azı 25 TIR sement zavodlarından Ermənistana yük daşımaqdadır.

İşğalçı ölkəyə o halda sement daşınır ki, ötən bir həftə ərzində Güney Azərbaycan və İranın digər məntəqələrində sementin qiyməti 12 faizdən çox artıb. Qiymətlərin bahalaşması quruculuq və abadlaşdırılma işlərini ləngitməklə yanaşı zavodların da zəif fəaliyyət göstərməsinə səbəb olur, nəticədə ölkədə işsizlərin ordusunun sıraları genişlənir.

Son vaxtlar Sofiyan Sement Zavodunun işçiləri əmək haqlarını vaxtı-vaxtında ala bilmədikləri üçün bir neçə dəfə etiraz aksiyası keçirmişdilər.

Ermənistan Rusiya və İranın hərbi və iqtisadi yardımı sayəsində Azərbaycan Respublikasının 20 faiz torpaqlarını işğal edib, bu ölkə davamlı olaraq islam cümhuriyyəti tərəfindən dəstəklənir./gunaz.tv/