“Qarabağ qaziləri” İctimai Birliyinin sədri, tanınmış ictimai xadim, Qarabağ qazisi Etimad Əsədov vəfat edib.
 
Bir müddətdir ağ ciyər xəstəliyindən əziyyət çəkən E.Əsədov bu gün səhər saatlarında 55 yaşında dünyasını dəyişib.

O, bu gün Yeni Günəşli qəsəbəsindəki qəbiristanlıqda dəfn ediləcək.

Qeyd edək ki, Əsədov Etimad Savalan oğlu 1963-cü ilin dekabrın 20-də Ağdam rayonunun Paprəvənd kəndində anadan olub.

836 saylı Ağdam ərazi özünümüdafiə batalyonunun tərkibində erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə ağır yaralanıb, bir ayağını itirib.

O, 1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə “Qarabağ qaziləri” İctimai Birliyinin sədri olub.

Allah rəhmət eləsin! Ruhu şad olsun. /
ordu.az/