İzmirdə fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin Sədri, iş adamı Dr. Asif Kurban Dövlət Sosial Müdafiə Fondunun sədrinin köməkçisi Maqsud Həsənovu ziyarət etdi.

Səmimi bir atmosferdə keçən göruşdə Kurban, Maqsud Həsənovu bu önəmli vəzifəyə təyin olunması münasibətiylə təbrik edərək, bundan sonrakı iş həyatında da uğurlar arzuladı.

Ziyarətdən ötrü təşəkkür edən Həsənov, Dövlət Sosial Müdafiə Fondu və əsas fəaliyyət istiqamətləri haqqında məlumat verdi.

Qeyd edək ki, 1975 təvəllüdlü Maqsud Rafael oğlu Həsənov orta məktəbi bitirdikdən sonra 1992-ci ildə Türkiyənin İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetinin İqtisadi və İdari Bilimlər Fakültəsinin İktisat bölümünə qəbul olmuş, 1998-ci ildə buradan məzun olduqdan  sonra İstanbul Universitetində İktisat teorisi bölümündə magistraturaya başlamış, 2001-ci ildə məzun olmuşdu.

2012-ci ildən Dövlət Sosial Müdafiə Fondunda müxtəlif vəzifələrdə işlədikdən sonra, Dövlət Sosial Müdafiə Fondunun sədrinin köməkçisi vəzifəsinə təyin olunmuşdu.