“Məktəbli Elina Hacıyeva ilə bağlı hadisə ölkə Prezidenti və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti altındadır. Onlar məktəblinin ölümünün hərtərəfli araşdırılması üçün tapşırıq veriblər”.

 

Modern.az-ın məlumatına görə, bunu Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə açıqlamasında bildirib.

 

H.Hüseynova qeyd edib ki, ilkin olaraq hadisənin səbəbləri araşdırılır:

“Biz bilməliyik ki, hadisə hansı səbəbdən olub. Təhsil Nazirliyilə birgə intihar hallarının azalması üçün mütəmadi olaraq güclü maarifləndirmə işləri aparırıq. Ümumiyyətlə digər ölkələrlə müqayisədə, Azərbaycanda bu göstəricilər yüksək deyil. Amma istənilən halda bu bizi narahat edən məsələdir. Cənab Prezidentin tapşırığı ilə bütün respublika üzrə monitorinq qrupları yaradılır. Monitorinq qruplarının içərisində hər bir dövlət qurumunun nümayəndəsi var.

 

Hər bir belə hadisə tək məktəblərin, tək müəllimlərin yox, validenylərin də məsuliyyətli olmasını tələb edir. Necə ola bilər ki, səkkizinci sinfə qədər bu uşaqda baş evrən daxili psixoloji dəyişikliklər ailəsi tərəfindən hiss edilməyib, ona hər hansı dəstək göstərilməyib. Mən bu ahdisədə hələ ki, heç kimi günahlandırmaq istəmirəm. İstintaq yekunlaşdıqdan sorna daha geniş məlumatlar veriləcək”.

 

Komitə sədri qeyd edib ki, populist çıxışlara lüzum yoxdur:

“Bu cür problemləri olanlara kömək etmək lazımdır”.

 

Qeyd edək ki, aprelin 4-də Bakının Səbail rayonu Etibar Əliyev adına 162 saylı orta məktəbin VIII sinif şagirdi Elina Hacıyevanın intihar edib. Həmin gün Bakı Şəhəri üzrə Təhsil İdarəsində 162 nömrəli tam orta məktəbdə baş verən hadisənin xidməti araşdırılması üçün müvafiq komissiya yaradılıb, aprelin 6-da Bakı şəhəri Səbail rayon Prokurorluğunda AR CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanıb.“Məktəbli Elina Hacıyeva ilə bağlı hadisə ölkə Prezidenti və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti altındadır. Onlar məktəblinin ölümünün hərtərəfli araşdırılması üçün tapşırıq veriblər”.

 

Bunu Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə açıqlamasında bildirib.

 

H.Hüseynova qeyd edib ki, ilkin olaraq hadisənin səbəbləri araşdırılır:

“Biz bilməliyik ki, hadisə hansı səbəbdən olub. Təhsil Nazirliyilə birgə intihar hallarının azalması üçün mütəmadi olaraq güclü maarifləndirmə işləri aparırıq. Ümumiyyətlə digər ölkələrlə müqayisədə, Azərbaycanda bu göstəricilər yüksək deyil. Amma istənilən halda bu bizi narahat edən məsələdir. Cənab Prezidentin tapşırığı ilə bütün respublika üzrə monitorinq qrupları yaradılır. Monitorinq qruplarının içərisində hər bir dövlət qurumunun nümayəndəsi var. Hər bir belə hadisə tək məktəblərin, tək müəllimlərin yox, validenylərin də məsuliyyətli olmasını tələb edir. Necə ola bilər ki, səkkizinci sinfə qədər bu uşaqda baş evrən daxili psixoloji dəyişikliklər ailəsi tərəfindən hiss edilməyib, ona hər hansı dəstək göstərilməyib. Mən bu ahdisədə hələ ki, heç kimi günahlandırmaq istəmirəm. İstintaq yekunlaşdıqdan sorna daha geniş məlumatlar veriləcək”.

 

Komitə sədri qeyd edib ki, populist çıxışlara lüzum yoxdur:

“Bu cür problemləri olanlara kömək etmək lazımdır”.

 

Qeyd edək ki, aprelin 4-də Bakının Səbail rayonu Etibar Əliyev adına 162 saylı orta məktəbin VIII sinif şagirdi Elina Hacıyevanın intihar edib. Həmin gün Bakı Şəhəri üzrə Təhsil İdarəsində 162 nömrəli tam orta məktəbdə baş verən hadisənin xidməti araşdırılması üçün müvafiq komissiya yaradılıb, aprelin 6-da Bakı şəhəri Səbail rayon Prokurorluğunda AR CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanıb.