İtaliya Parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı qərarı heç bir qüvvəyə malik deyil.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu özünün "Twitter" səhifəsində yazıb.

Nazir qeyd edib: "İtaliyanın Nümayəndələr Palatasının bu qərarı tarixi siyasiləşdirmək cəhdləri kimi, heç bir bir qüvvəyə malik deyil".

Qeyd edək ki, İtaliya Parlamenti Osmanlı İmperiyasında 1915-ci ildəki hadisələri "erməni soyqımı" kimi qəbul etməyi hökumətə tövsiyə edən qətnamə qəbul edib./trend/