“Biz Azərbaycanla Ermənistan, Azərbaycanla Dağlıq Qarabağ arasında hədə dili ilə danışmamalıyıq və bizim məqsədimiz cəmiyyətimizi müharibəyə yox, sülhə hazırlamaqdır”.

Modern.az xəbər verir ki, bu açıqlamanı Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının açılışı üçün Strasburqa səfər edən Ermənistan baş naziri Nikol Paşinyan verib.

Avropa Şurasının Baş katibi Turbyern Yaqlandla birgə mətbuat konfransı keçirən Paşinyan bəyan etdiyi sülh çağırışı ilə David Tonoyanın hədə dolu bəyanatı arasında ziddiyətlərin olmadığını əalvə edib.

 

“Ümid edirəm ki, Azərbaycandan olan partnyorlarımız çağırışımıza səs verəcəklər. Bunu etsək, tamamilə başqa situasiya yaranacaq”.