Türkiyədə Azərbaycanın daha da yaxından tanıtılması, Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf etdirilməsinə töhfə vermək,  bu istiqamətdə  fəaliyyət göstərən qurum və fərdlərə dəstək olmaq, Azərbaycandan gəlib İzmir Universitetlərində təhsil alan tələbələrin təhsillərini daha da müvəffəqiyyətli bir şəkildə başa vurmalarına kömək məqsədi ilə təhsil sahəsində calışanlar, müəllimlər, iş adamları və həkimlər tərəfindən yaradılan Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti (AKİDER) növbəti  qurultayını kecirtdi. 

Qurultay, İzmirin mərkəzində yerləşən Konak Polis Evində baş tutdu. Qurultayda üzvlərlə yanaşı İzmir rəsmiləri, aparıcı qeyri-hökümət təşkilatlarının sədr və nümayəndələri, İzmir universitetlərində işləyən müəllimlər ilə Azərbaycan icması iştirak etdi.

Qurultay üzvlərinin qeydiyyatından sonra, rəyasət heyəti seçildi. Rəyasət heyəti seçildikdən sonra bir dəqiqəlik sayği duruşunun ardından Azərbaycan və Türkiyənin himnləri oxundu.

Daha sonra cəmiyyətin son iki il ərzində həyata kecirtdiyi fəaliyyətlər oxundu, səs verməyə çıxarıldı və yekdilliklə qəbul olundu. Ardından nəzarət təftiş komissiyasının raportu oxundu və o da yekdilliklə qəbul oldu.

Növbəti aşamada cəmiyyətin iki illik yeni idarə heyətinin seçimi oldu. İştirak edən qurultay üzvləri 13 nəfərlik idarə heyəti və 3 nəfərlik nəzarət təftiş komissiyasının uzvlərini yekdilliklə seçdilər.

 Secim sonunda İdarə Heyətinə Dr. Asif Kurban, Prof. Dr. Afiq Bərdəli, Prof. Dr Aydın İbrahimov, Dr. Nurlanə Axundzadə Akfidan, Cavid Əliyev, Dr. Təkməz Kulu, Bilal Sevilmiş, Fərid Novruzov, Mətin Bulut, Saffət Yaxşi, Elmira Məmmədova, Dr. Rasim Fərəçov və Kənan Kərimov seçildi. Nəzarət Təftiş Komisiyasına isə, Vüsal Bağırzadə, Təranə Karaduman və Cahidə Ocak seçildi.

Səs vermə sonrasında qurultaya qatılan qeyri-hökümət təşkilat sədrləri, yeni secilən idarə heyəti üzvlərini təbrik etdilər və cəmiyyəti bundan sonraki fəaliyyətlərində uğurlar arzuladılar.

Sonda cəmiyyət sədri Dr. Asif Kurban çıxış edərək qurultay rəyasət heyətinə, üzvlərə və iştirak edən hər kəsə təşəkkür edərək, fəalliyyətlərinə bundan sonra da eyni həvəs və enerji ilə dəvam edəcəklərini, Azərbaycanın daha çox tanıtılması, Azərbaycan-Türkiyə qardaşlığının və əməkdaşlığının daha  da artırılması üçün imkanları daxilində əllərindən gələnin edəcəklərini vurğuladı və bunun üçün də hər kəsi daha fəal, birlik və həmrəylik içində olmaya çağırdı.