Gürcüstanın Marneuli rayonunun mərkəzində yerləşən kazino qarşısında insident baş verib.

Marneuli sakini olan qadın kazinoda olan oğlunun oradan çıxarılmasını tələb edib.

Kazinonun mühafizəçiləri qadını kazinodan uzaqlaşdırmağa çalışıblar. Bu zaman mühafizəçilər qadına qarşı fiziki güc tətbiq ediblər.

Nəticədə qadının halı pisləşib. Mühafizəçilərin qadına əl qaldırması yerli sakinləri hiddətləndirib.

Hadisə yerinə polis əməkdaşları çağırılıb.

İnsidentlə bağlı araşdırma aparılır./modern/