Ötən günlərdə İran və Güney Azərbaycan şəhərlərində keçirilən etiraz aksiyalarında çox sayda soydaşımız öldürülüb, yaralanıb və ya təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Kütləvi etirazlar keçirildiyi günlərdə Güney Azərbaycanda onlarla fəal tutulub. Təhlükəsizlik qüvvələri aksiyaların Güney Azərbaycan şəhərlərini bürüməsindən ehtiyatlanaraq önləyici tədbir kimi güneyli fəalları saxlayıb.

Tutulan fəallardan hələlik 28-nin kimliyini müəyyənləşdirmək mümkün olub:
1-     Babək Hüseyni Müqəddəm (Urmiya)
2-     Əli Əzizi (Urmiya - müvəqqəti olaraq azadlığa buraxılıb)
3-     Salar Tahiri Əfşar (Urmiya)
4-     Qaffar Rzaiyan (Zəncan)
5-     Məhəmməd Qaffari (Zəncan)
6-     Əkbər Rəməzani (Zəncan)
7-     Məcid Fəxri (Zəncan)
8-     Əlirza Məhərrəmi (Zəncan)
9-     Həmid Dusti (Zəncan)
10-    Bəhram Cəfəri (Zəncan)
11-    Davud Şiri (Təbriz)
12-    Əyyub Şiri (Təbriz)
13-    Ruzbeh Piri (Təbriz)
14-    Yaşar Piri (Təbriz)
15-    Fəraz Novruzi (Təbriz)
16-    Məhəmməd Mahmudi (Təbriz)
17-    Əkbər Mühaciri (Təbriz)
18-    Höccət Muxtarzadə (Təbriz)
19-    Babək Hüseyni Müqəddəm (Təbriz)
20-    Şahin Bərzgər (Təbriz)
21-    Səccad Sedqi (Təbriz – müvəqqəti olaraq azadlığa buraxılıb)
22-    Əkbər Rasexi (Təbriz)
23-    Tohid Xademi (Qoşaçay)
24-    Əhməd Abedi (Qoşaçay)
25-    Meysəm Colani (Ərdəbil)
26-    Mehrdad Şeyxi (Ərdəbil)
27-    Arəş Cavanşir (Ərdəbil)
28-    Siyamək Seyfi (Xiyav)

Saxlanılan fəallardan Əli Əzizi və Səccad Sedqi müvəqqəti olaraq azadlığa buraxılıb, qalan fəalların vəziyyəti barədə heç bir məlumat yoxdur.

Etiraz aksiyalarının geniş vüsət aldığına və hökumət tərəfindən internetin kəsildiyinə görə Azərbaycan şəhərlərində saxlanılan etirazçılar və fəalların sayı və kimliyini dəqiq müəyyənləşdirmək mümkün olmayıb, çox sayda etirazçı və fəalın təhlükəsizlik qüvvələri tərəfindən saxlandığı ehtimal olunur./gunaz.tv/