Xaricdə münaqişə ocaqlarından qayıdan Azərbaycan vətəndaşı olan kişilərin 110 nəfərdən çoxu məsuliyyətə cəlb edilib.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

S.Heydərov bildirib ki, hazırda proses davam edir. Onun sözlərinə görə, münaqişə ocaqlarında iştirak edən 400-ə yaxın Azərbaycan vətəndaşının vətəndaşlığı ləğv olunub: “Onlar artıq ölkəyə qayıda bilməzlər”./trend/