Güney azərbaycanlı jurnalist və milli-mədəni fəal Məlihə Bərqi Sedqiyani həbs edilib.

"Urmu Yazarları Birliyi"nin üzvü olan xanım Sedqiyani "Sepah" terror təşkilatının Kəşfiyyat İdarəsi tərəfindən tutulub.

"Sepah" xanıma qarşı ictimai asayişi pozmaq ittihamı irəli sürüb. Onun harada və hansı şəraitdə saxlandığı, eləcə də səhhəti ilə bağlı məlumat verilmir.

Qeyd etmək lazımdır ki, son dövrlər güney azərbaycanlı fəallara qarşı təzyiqlər artmaqdadır. İran rejiminin təhlükəsizlik qüvvələri güneyli fəalları müxtəlif saxta ittihamlarla həbs edərək, keçirilən sifarişli məhkəmə prosesləri vasitəsilə uzun müddətli həbs cəzalarına məhkum edirlər./gunaz.tv/