Güney azərbaycanlı milli fəal “Rəsul Nərimani” Şuşanın qurtuluş bayramında iştirak etdiyi üçün həbs olundu.

Rəsul Narimani Güney Azərbaycanın milli mədəni fəalı bu gün, 10 noyabr 2020-ci il tarixində Meşkinşəhr (Xiyav) təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Bu həbs, Xiyav şəhərində, tarixi Şuşa şəhərinin erməni işğalından azad edilməsi ilə əlaqədar həyata keçirilən şənlik mərasimləri ilə bağlııdır.

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin erməni işğalından azad edilməsi ilə bağlı, İran və Güney Azərbaycanın müxtəlif şəhərlərində bayram tədbirləri, toplantılar, sevinc şənlik mərasimləri keçirilb və keçirilməkdə davam edir.

Qeyd edək ki, cənab Nərimani bundan öncədə “Dünya Ana Dili Günü” münasibətilə nəzarətə alınmışdı./gunaz.tv/