“Ərk” İnsan Haqları Cəmiyyəti bununla bağlı BMT-nin İnsan Hüquqları üzrə Xüsusi Məruzəçisinə şikayət edib.

Azərbaycan İnsan Haqları Cəmiyyətinin "Ərk" məsulu Jaleə Təbrizi 24 Noyabr 2020-ci ildə insan haqları təşkilatının türk siyasi məhbus Abbas Lisaninin hüquqlarının pozulması və onun telefon danışığı haqqından məhrum edilməsi ilə bağlı BMT-nin İran üzrə Xüsusi Məruzəçisi Professor Cavid Rəhmana şikayət etdiklərini açıqlayıb.

Ərdəbil Həbsxanasının 7-ci bölməsində saxlanılan siyasi məhbus Abbas Lisaninin 13 Noyabr 2020-ci il tarixindən bəri telefon danışığı və ailəsi ilə görüşməsi qadağan edilib.

Abbas Lisani qadağalara etiraz olaraq 20 Noyabr 2020-ci il tarixində bölmənin gözətçisinin otağında 5 saat oturaq aksiya keçirərək, özünə qarşı qəbul edilmiş son məhdudiyyətlərə etiraz edib və məsulların bununla bağlı cavab verməsini istəmişdi.

Həbsxana rəhbərləri nəhayət ona Ərdəbil Prokuroru Abdullah Təbatəbai tərəfindən imzalanmış və növbəti bildiriş verilənə qədər telefon danışıqlarına və ailəsi ilə görüşünə qadağa qoyulduğunu göstərən məktubu göstərmişdi./gunaz.tv/