Bu gün, yanvarın 5-də Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Dağlıq Qarabağın yaşayış məntəqələrində 1100-dən çox sakinə yardım etmiş sülhməramlı hərbi həkimlərin səyyar briqadaları barədə məlumatın başlığında texniki səhvə yol verilib.

Başlıqda Azərbaycan Respublikasının Qarabağ bölgəsinin dağlıq hissəsinin adı üç hərf - “NKR” (yəni “dqr”) şəklində verilmişdi.

Lakin bir müddətdən sonra Rusiya Müdafiə Nazirliyinin saytının rəhbərliyi texniki səhvi aradan qaldıraraq sülhməramlı həkimlərin Azərbaycan Respublikasının Dağlıq Qarabağ sakinlərinə yardım göstərdiyini bildirib (virtualaz.org).

 

İlkin variant

Düzəldilmiş variant